sənəd abidəsi

Müəyyənləşdirilmiş qaydada sənəd abidəsi kateqoriyasına aid edilmiş nadir və ya xüsusi tarixi-mədəni dəyəri olan arxiv sənədi

sənəd
sənədləşdirilmiş informasiya
OBASTAN VİKİ
Sənəd
Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar. Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. Yaradıldığı zamana görə Hazırlanma üsuluna görə Hazırlanma məkanına görə Mövzuya görə Təqdimatına görə Yayımına görə İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır.
Elektron sənəd
Elektron sənəd — informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd. Hər hansı bir faylı elektron sənəd adlandırmaq üçün bu fayl e-imza ilə kodlaşdırılmalıdır. Elektron sənəddə dəyişiklik etməyə icazə verilmir. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron sənəd dövriyyəsi — informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya proseslərini nəzərdə tutur. Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur.
Sənəd dövriyyəsi
Sənəd dövriyyəsi — hər hansı fakt və hadisənin başlanğıcından onun yekunlaşdığı dövrədək tərtib edilmiş sənədlərə sənəd dövriyyəsi deyilir. Sənədlərin daxil olduğu və tərtib edildiyi vaxtdan onun icrasının yekunlaşdırılması və göndərilməsi dövründəki hərəkətinə sənəd dövriyyəsi deyilir. Kargüzarlıq xidməti üzrə bütün əməliyyatların dəqiq və təsirliliyi müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin düzgün təşkilindən asılıdır. Sənəd dövriyyəsinin təşkili sənədlərin tərkibi, müxtəlif sənəd növlərinin nisbəti, onların daxil olma tezliyi kimi kəmiyyət parametrləri ilə xarakterizə olunur. Müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin təşkili həmçinin sənədlərin hərəkəti, işlənilməsinin ardıcıllığı və dəqiqliyindən yəni onların tərtib olunma yerindən icra yerinə ən qısa yolla çatdırılması və icrasından, sənəd üzərində əməliyyatın bir dəfəyə aparılması yəni, sənədin aid olmayan idarəetmə mənbələrinə göndərilməsi, qaytarılması üzrə vaxt məhdudiyyətinin düzgünlüyündən, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən maksimum istifadə edilməsindən həlledici dərəcədə asılıdır.
Xartiya (sənəd)
Xartiya (yunanca, chartes — kağız, fərman) — orta əsrlərdə, eləcə də indiki zəmanəmizdə kütləvi-hüquqi xarakterli sənədlərə verilən ümumi addır. Xartiyalara misal olaraq Şəhərin Xartiyası, Kommunal Xartiyalar, 1838-ci il Xalq Xartiyası, Konstitusiya Xartiyaları və s. göstərmək olar.
Elektron kitab (sənəd)
Elektron kitab — hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. == Elektron kitab == Elektron kitab sözü bir çox mənada istifadə olunur. Elektron kitab (sənəd), elektron kitab (qurğu). Elektron formasında yazılmış kitaba elektron kitab deyilir. Elektron kitab hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda, məs: Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML – Hiper Text Markup Language, hipermətnə nişan qoyma dili) – vasitəsilə yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY) – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formatlaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Bir neçə il əvvəl mətn blokunun formatları olan hipermətn HTML və ya PDF (Portable Document Format, sənədlərin keçirilə bilən formatı) formatları elektron nəşrlərə multimedia komponentlərinin daxil edilməsi imkanına malik olan yeganə formatlar idi.
Sənəd-yönlü verilənlər bazası
Sənəd-yönlü verilənlər bazası (ing. document-oriented database) — əsasən sənədləri bir vahid olaraq saxlamaq üçün nəzərdə tutulmuş NoSQL tipli verilənlər bazasıdır. Ənənəvi relasional verilənlər bazalarından fərqli olaraq, sənəd-yönlü bazalar məlumatları cədvəl və sətirlər şəklində deyil, sənədlər şəklində saxlayır. Bu sənədlər adətən JSON, BSON, XML və ya digər formatlarda olur. == Əsas xüsusiyyətləri == Elastik məlumat strukturu Məlumatlar sabit bir sxemaya bağlı olmadan saxlanılır, bu da sxema dəyişikliklərini sadələşdirir. Yüksək performans Böyük həcmdə məlumatların tez bir zamanda sorğulanması və işlənməsi mümkündür. Paylanmış memarlıq Verilənlər bazası müxtəlif serverlər üzərində paylanmış şəkildə işləyə bilər, bu da onun şkalabilməsini təmin edir. Asan inteqrasiya Xüsusilə müasir veb tətbiqləri ilə asan inteqrasiya olur, çünki JSON kimi formatlar geniş istifadə olunur. Sənəd anbarında olan sənədlər obyektin proqram təminatı anlayışına təxminən bərabərdir. Onlardan standart tərtibata riayət etmək tələb olunmur və onların hamısı eyni bölmələrə, yuvalara, hissələrə və ya açarlara malik olmayacaq.
Etok abidəsi
Etok abidəsi və ya Duka-bek (Davoqo) abidəsi hündürlüyü 2,65 m olan, naxışlarla və oyma yazılarla örtülmüş qranit abidədir. Hazırlanmasının dəqiq vaxtı müəyyən edilməsə də, bəzi hesablamalara görə eramızın IV əsrinə məxsusdur. Mənbələrə görə isə, XII əsr və ya XV əsrin sonu — XVI əsrin əvvəllərinə məxsusdur. Abidə 1773-cü ildə I Guldenştedt tərəfindən Nalçik-Pyatiqorsk yolunun sağında, indiki Etoka kəndi yaxınlığında aşkar edilmişdir. 1881-ci ildə abidə Moskvaya, o vaxtdan bəri nümayiş etdirildiyi Tarix Muzeyinin XII zalına köçürülmüşdür. == Abidənin təsviri == Abidə ilk dəfə 1771–1773-cü illərdə Qafqazı gəzdikdən sonra alman səyyahı və təbiətşünası İohan Quldenştedt tərəfindən qeyd edilmişdir. 1773-cü ilin may-iyun aylarında Kabardaya səfəri zamanı Podkumka çayının sağ qolu olan Etoko çayının sahilində bir abidə görmüşdür. Bir kurqanın üstündə bir döyüşçü heykəli dayanmışdı və onun yaxınlığından bulaq axırdı və yol keçirdi. Abidənin şəkli ətraflı təsviri ilə birlikdə onun "Reisen durch Russland und im Caucasischen Gebürge" kitabında dərc edilmişdir. I Guldenştedt Etok heykəlinin runik yazısını çoxaltmış və abidənin ətraflı təsvirini vermişdir.
Füzuli abidəsi
Məhəmməd Füzuli heykəli — Mərkəzi park ərazisində yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəl. 1958–1963-ci illərdə hazırlanmış abidənin heykəltaraşları Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Bu işə görə heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülmüşdülər. == Tarixi == 1958-ci ildə orta əsrlər Azərbaycan şairi Məhəmməd Füzulinin ölümünün 400 illiyi münasibətilə şairin abidəsinin yaradılması üçün müsabiqə elan edilir. Vaxtilə İ. E. Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda bir yerdə təhsil almış Tokay Məmmədov və Ömər Eldarovun memar Hacı Muxtarovla bir yerdə hazırladıqları layihə müsabiqədə qalib gəlir. Füzulinin heykəli üzərində işləməzdən əvvəl həm Tokay Məmmədov, həm də Ömər Eldarov “poetik” mövzuya müraciət etmişdilər. Belə ki, bir müddət öncə Məmmədov Nizami Gəncəvinin portreti üzərində işləmişdi. Azərbaycan heykəltaraşlığında ağac üzərində işlənmiş ilk əsər olan bu portret Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Ömər Eldarov isə XX əsrin 50-ci illərində XIX əsr Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın mərmər portretini işləyir. Tezliklə Ali Sovetin Rəyasət Heyətinin sədri, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun təklifi ilə Ömər Eldarov Natəvanın tunc heykəlini işləmək sifarişini alır.
Güvənpark abidəsi
Güvənpark abidəsi — Ankara Qızılay Meydanında Güvənparkda yerləşən, Türk millətinin polis və jandarmeriya olan güvənini, Atatürkün istiqlaliyyət müharibəsində və inqilab hərəkətlərində birlikdə olduğu dostlarını təmsil edən və insan zəkasını, fermerin əkinçilik işlərini əks etdirən çıxıntılı abidədir. Respublika rəhbərliyinin ictimai binalarını, evlərini və ətrafını planlaşdıran Avstriyalı memar Clemens Holzmeister, Qızılay Meydanında bir park və bir abidə təklifi ilə tikintisinə başladı. Bürüncdən hazırlanan heykəllər Avstriyada Vyanadakı Erdberg tökmə zavodunda hazırlandı. Mamak daşı üzərində istifadə edilən daş çıxıntılar Türkiyə istehsalıdır. Abidənin daş hissələrində Franz Wirt, Triberer və Anton Hanakın tələbələri ilə türk ustaları işləmişdir. Anton Hanak tərəfindən inşasına başlanan abidə onun vəfatı səbəbi ilə Josef Thorak tərəfindən 1935-ci ildə tamamlanmışdır. Abidənin uzunluğu 37 metr, orta blok 8 metr, yan qanadlar 2 metr, tunc fiqurlar 6 metr uzunluqdadır. Abidə, 2013-cü il Gəzi parkı etirazları hökumət əleyhinə qraffiti və 2016-cı ildə hökumət əleyhinə nümayişlərdə hərbi çevriliş zamanı silah izləri ilə zərər görüb. Bu zərərlərə görə eyni illərdə Ankara Böyükşəhər Bələdiyyəsi tərəfindən qayğıya götürülmüşdür.
Kennedi abidəsi
Kennedi abidəsi (ivr. ‏יד קנדי‏‎) — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. 18 metr (59 ft) olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir. Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var. Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatını və Vaşinqtonu ifadə edir. ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir, sütunlar isə incə şüşəli panellərlə ayrılır. Hal-hazırda abidəni eyni anda 100 nəfər ziyarət edə bilər. Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir. Kennedi abidəsi və ona bitişik gəzinti yerləri Kennedi Sülh Meşəsinin bir hissəsidir. == Adı == İsraildə bir sıra abidələr üçün (məşhur Holokost xatirə muzeyi Yad Vaşem də daxil olmaqla) istifadə olunan yad sözü Yeşaya Kitabının 56-cı fəsli, 5-ci ayədən gəlir: "Evimdə və divarlarımda onlara bir xatirə və bir ad verəcəyəm" == Yeri == Abidə Yerusəlimdən 7 mil (11 km) uzaqlıqda, Hadassa Xəstəxanası ilə eyni istiqamətdə, Yerusəlim təpələrinin ən üstündə, 825 metr (2,707 fut) yüksəklikdə yerləşir.
Konstitusiya abidəsi
Konstitusiya abidəsi — Türkmənistanın paytaxtı Aşqabadda abidə. Türkmənistanın paytaxtı Aşqabadda tikilmiş, 185 metr hündürlüyündə olan “Konstitusiya abidəsi” 18 may 2011-ci ildə açılıb. Abidə Konstitusiya Günü və türkmən şairi Məhtimqulunun doğum günü açılıb. Aşqabadın ən hündür abidəsi olan bu abidə 45 milyon avroya başa gəlib. Abidəni Türkiyənin “Polimeks” şirkəti hazırlayıb.
Kültigin abidəsi
Kül Tiğin kitabələri —Monqolustanda Orxon Yenisey Muzeyində ziyarətçilərə sərgilənməktədir. Kül Tigin abidəsi Kül Tiginin qardaşı və Göktürklərin xaqanı Bilgə Xaqan tərəfindən 732 ci ildə qardaşı adına, qardaşının xidmətlərindən dolayı ona duyduğu minnəti göstərmək məqsədiylə tikilmişdir. Bu kitabədə Bilgə Xaqan danışır. Türkologların Orhun abidələri olarak adlandırdıqları yazıtlardan biri olan Kültigin kitabəsi Türk dilinin ən köhnə nümunələrindəndir. Monqolıstanda köhnə Moğol başşəhəri Qaraqorumun 32 km. güneyində, köhnə Uyğur paytaxtı Karabalasagunun 28 km güneyindədir. Boz bir qranit qaya üzərində duran dörd üzlü bir yazıttır. Üç üzü (Kök) türkcə mətinden; bir üzü (qərb üzü) isə Çincə mətinden ibarətdir. 18 iyul 1889-da rus etnoqraf Nikolay Yadrintsev tərəfindən tapılmış ve Danimarkalı filoloq Vilhelm Thomsen tərəfindən Danimarka Krallıq Akademiyasının Kopenhagendəki 15 dekabr 1893-cü ildə ilk dəfə oxunmuşdur. İki hissədən ibarətdir: birinci hissə 13, ikinci hissə 53 sətirdən ibarət olmaqla, Kültigin abidəsi ümumilikdə 66 sətirdən ibarətdir.
Ləm abidəsi
Ləm abidəsi — Lənkəran rayonunun Boladi kəndində yerləşir. XIX əsrdə yayda istidən qorunmaq və istirahət etmək üçün inşa edilmişdir. Dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli bir guşədir. Bura hətta yay evi də deyirlər. Ləmlər ümumən cənub zonasında XVIII-XIX əsrlərdə geniş yayılmışdır. İstilər düşdükdə insanlar daimi yaşayış evlərini müvəqqəti olaraq tərk edib, bu yay evlərinə köçərmişlər. Ləmin aşağı hissəsi - sütunları qırmızı kərpicdən, yuxarısı isə meşə ağacından düzəldilir və müxtəlif əl işləri ilə bəzədilir. Bu da ləmə özünəməxsus gözəllik verir. Ümumiyyətlə, ləmlər respublikanın cənub zonasının spesifik tikililəridir ki, bunlara başqa yerdə rast gəlinmir. == Xarici keçidlər == Lənkəran ləmləri.
Qağayı abidəsi
"Qağayı" abidəsi və ya "Qağayı" heykəli — Sumqayıt şəhərinin girəcəyində Bakı-Quba yolunun üzərində ucaldılmış abidə. Abidə 24 ədəd üst-üstə spiral şəklində qoyulan daş və onların üzərində olan qağayı qanadlarından ibarətdir. Abidə 1964-cü ildə Süleyman Hacıyev tərəfindən hazırlanmışdır. İlk əvvəllər abidə 15 daş blokdan ibarət idi. Bu isə memarın şəhərin 15 illiyi münasibətilə sumqayıtlılara ərmağanı olmuşdur. Abidənin üzərində əvvəllər Sumqayıt yazısı olmuşdur. Sonrakı illərdə aparılan dəyişikliklər zamanı isə 15 daş blok prinsipinə əməl edilməmişdir. Üstəlik abidə alüminium konstruksiyalı bloklarla əvəzlənmişdir. Hazırda abidənin hündürlüyü 13 metr təşkil edir. Blokların sayı isə 24 ədədə çatdırılmışdır.
Qeysəriyyə abidəsi
Qeysəriyyə və ya Ordubad zorxanası — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən 17-ci əsrin tarixi və memarlıq abidəsidir. Ordubad şəhərinin mərkəzi bazar meydanında yerləşən abidə Naxçıvanın Türk-İslam abidələrindən biridir. Qeysəriyyənin ümumi sahəsi 540 m²-dir. Böyük bir günbəzdən və ona bitişik 16 kiçik qübbədən ibarətdir. Abidə 10x10 m² olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini örtən dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Abidə bişmiş kərpicdən inşa olunmuşdur. Divarının qalınlığı isə 80 sm-dir. Abidənin mərkəzi günbəzi də daxil olmaqla ümumi hündürlüyü 8,5 m-dir. Tarixi binanın pəncərələri şəbəkə metodu ilə hazırlanmışdır. "Qeysəriyyə" sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü "Şərq bazarı" deməkdir.
Qoşundaş abidəsi
Qoşundaş abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-dan Sisian) rayonu ərazisində, rayon mərkəzi olan Qarakilsə qəsəbəsindən 3 km. aralıda e.ə. 2-ci minilliyə aid meqalit (iri daşlardan ibarət) tikili qalıqları. Qoşundaş abidəsi şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar Neolit dövrü yadigarıdır. Daş düzümünün mərkəzində çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Abidənin Qoşundaş adını isə ermənilər sətri tərcümə edərək Zorakarer adlandırmışlar. Bu daş abidə eramızdan öncə ikinci minilliyə aid olub. Sisian rayonunda, köhnə Qarakilsə kəndi (indiki Sisian) ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir. Sisian azərbaycanlıları arasında yayılmış bir rəvayətə görə bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Bu insanlar oğuzların ulu babaları imişlər.
Qırxpillə abidəsi
Qırxpillə abidəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində kəhriz sistemləri üzərində inşa edilən tarixi abidə. Bişmiş kərpicdən və ya yerli materialdan inşa olunmuşdur. Belə abidələr Şahtaxtı, Qarabağlar, Naxçıvan və digər yerlərdə də var. Yaşayış məntəqələrində daha çox rast gəlinir. Hazırda Ordubad və Əylis məntəqələrində bu abidələr xalq tərəfindən mühafizə olun maqdadır. Tədqiqatçılar Ordubad, Əylis kəhriz sistemləri üzərində inşa olunmuş Qırxpillələri Azərbaycanın qədim irs abidələrindən biri hesab edirlər. Dərinlikdən asılı olaraq Qırxpillələrdə pillələrin sayı müxtəlif olur, yəni “40 pillə” sözü şərtidir. Riyazi məntiqdə isə 40 pillədə hər pillənin hün dürlüyü 20 sm hesablanarsa (40 x 0,2 m = 8 m), onda Ordubaddakı kəhrizlərin orta dərinliyinin 8 metrə yaxın olması həqiqəti təsdiq edilər. Pillələrin düzülüşü həyətin şəraitinə və kəhrizin dərinliyinə görə birbaşa enən və ya döngəli, yəni 10-15 pillədən bir istiqamətini dəyişərək dolanan pilləli olur. Qırxpillələrdə həmişə sabit tem peratur (+8-100C) olduğun dan ilin fəslindən asılı olmayaraq, oraya qoyulmuş ərzaq xarab olmur.
Qələbə abidəsi
Qələbə abidəsi (Xankəndi)
Bununis abidəsi
Bununis abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən — Sisian) rayonunun Bununis kəndində yerləşən qəbirüstü daş abidədir. Abidə 1321-ci ildə knyaz Orbelianın xatirəsinə ucaldılmışdır.
Cüyürlü abidəsi
Cüyürlü abidəsi ― Şəkinin Cüyürlü kəndində yerləşən dəmir və antik dövrünə məxsus yaşayış yeri və nekropolu. == Yerləşir == Cüyürlü abidəsi Şəkinin Daşüz və Küdürlü kəndlərinin yaxınlığındakı Cüyürlü kəndinin meşə ərazisində yerləşir. Abidə dağlıq, dağətəyi və düzən iqlimlərinin qovşağında, Əyriçay və Qarasu çayla əhatələnən təpə üzərindədir. Cüyürlü abidəsi 4 ha yaxın ərazini əhatə edir. == Cüyürlü abidəsinin arxeoloji tədqiqatları == Cüyürlü abidəsi 2008-ci ildə mərhum arxeoloq Nəsib Muxtarov tərəfindən qeydə alınıb. 2010-cu ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyası" tərəfindən abidədə kəşfiyyat qazıntısı aparılıb. Tədqiqatlar nəticəsində abidənin dəmir və antik dövrə aid yaşayış yeri və nekropol olduğu müəyyən olunub. 2012-ci ildə abidədə aparılan xilasetmə işləri nəticəsində içərisində çoxlu keramikaların aşkarlandığı təsərrüfat quyusu müəyyən olunub. 2013-cü ildə kəşfiyyat və xilasetmə işləri davam etdirilmiş və yaşayış yerindən yarım qazma tipli, dördbucaqlı tikililər müəyyən edilmişdir. Bu qazmaların yer səthindən 40 sm dərinlikdə olub, ağac basdırmalarla və qamış örtüklü olması güman edilir.
Lozanna abidəsi
Lozanna abidəsi və ya tam adıyla Lozanna abidəsi, meydanı və muzeyi (türk. Lozan Anıtı) — 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsinin xatirəsinə Ədirnənin Qaraağaç məhəlləsində tikilmiş abidə və muzey. 1998-ci ildə açılan abidə və muzey tarixi Qaraağaç dəmiryol vağzalı binasının yanında yerləşir. == Tarixi == Birinci Dünya müharibəsinin sonunda Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında 1920-ci il avqustun 10-da Sevr müqaviləsi imzalandı. Lakin, Türkiyə Böyük Millət Məclisi tabeliyindəki Ankara Hökuməti bu müqaviləni tanımadı və İstiqlaliyyət müharibəsinə başladı. Müharibədən sonra Anadolunun böyük hissəsi Ankara Hökumətinin nəzarətinə keçdi və 24 iyul 1923-cü ildə İsveçrənin Lozanna şəhərində Sevr müqaviləsini ləğv edən yeni sülh müqaviləsi imzalandı. Bu sülh müqaviləsi ilə Ankara Hökuməti ilə Antanta dövlətləri arasında müharibə sona çatdı və Türkiyə Cümhuriyyətinin indiki sərhədləri tanındı. Müqaviləyə əsasən, Yunanıstanla Türkiyə arasında sərhəd müəyyən edildi və Maritsa çayının cənub sahilindəki Qaraağaç qəsəbəsi Yunanıstandan Türkiyəyə keçdi. == Layihəsi == Qaraağaçda yerləşən və Ədirnənin əsas dəmiryol stansiyası olaraq istifadə edilən Qaraağaç dəmiryol stansiyası, 1972-ci ildə yeni stansiya binası tikilənə qədər fəaliyyətini davam etdirdi. Köhnə vağzal binası və onun ətrafı Trakya Universitetinə verildi, universitetin müxtəlif fakultələri bu binada yerləşdi.
Mavaki abidəsi
Mavaki abidəsi (真脇遺跡, Mavaki iseki) – Yaponiyanın İşikava prefekturasının Noto yarımadasında yerləşən, Comon dövrünə aid arxeoloji abidə. == Tarixi == Abidə 1982–1983-cü illərdə kanal tikintisinin tədqiqat işləri zamanı təsadüfən kəşf edilmişdir. Mavaki abidəsi 1989-cu ildə Yaponiyanın Milli Tarixi Yeri elan olunmuşdur. Burada aşkarlanmış 219 arxeoloji artefakt 1991-ci ildə əhəmiyyətli mədəni mülk statusu almışdır. Abidə ərazisində arxeoloji park yaradılmışdır. Burada Mavaki Arxeologiya Muzeyi (真脇遺跡縄文館, Mavaki iseki Comonkan) fəaliyyət göstərir. == Xüsusiyyətlər == Arxeoloji abidədə balıqqulağı qalıqları, kütləvi qəbirlər, bir çox dulusçuluq məmulatları, terrakotta fiqurları, qaban, maral, dovşan sümükləri, eləcə də, bitki toxumları tapılmışdır. Burada tapılmış yüzlərlə delfin sümüyü Comon dövrünün yerli əhalisinin delfin ovladığını sübut etməklə yanaşı delfin sümüklərindən alət kimi istifadə etdiyini, hətta digər yaşayış yerlərindən olan insanlarla mübadilə vasitəsi kimi istifadə etdiyini göstərir. Mavaki abidəsindən tapılmış gil maska Yaponiyada tapılmış ən qədim belə maskadır və şaman ritualları üçün hazırlandığı güman olunur. Abidənin ön plana çıxan xüsusiyyəti 10 ədəd şabalıd ağacının gövdəsindən ibarət dairəvi strukturun qalıqlarıdır.
Mollaisaqlı abidəsi
Mollaisaqlı abidəsi ― Göyçay çayının sol sahilində, İsmayıllı rayonunun 25 kilometrliyindəki Mollaisaqlı kəndi ərazisində yerləşən antik dövrə aid yaşayış yeri və nekropoludur. Abidə təxminən 30 ha. ərazini əhatə edir. Abidə Qafqaz Albaniyasının tarixinin öyrənilməsində müfəssəl əhəmiyyətə malikdir. 1938-ci ildə Y. Paxomov tərəfindən İsmayıllı rayonu ərazisində aparılan kəşfiyyat xarakterli axtarışlar zamanı Mollaisaqlı kəndi yaxınlığından nekropol və qədim yaşayış yerinin izlərinə rast gəlinib. Burada müxtəlif qəbir formaları ― təknə, küp, sadə torpaq qəbirlər qeydə alınıb. Ötən əsrin 60–70-ci illərində Mollaisaqlı abidəsində görkəmli arxeoloq Fazil Osmanovun rəhbərliyi ilə aparılan tədqiqatlar Qafqaz Albaniyasının antik dövr mədəni irsinin öyrənilməsinə öz töhfələrini vermişdir. 1962–1964-cü illərin arxeoloji qazıntıları burada antik dövrə aid zəngin mədəniyyətin izlərini aşkara çıxarmışdır. Buradan gil sarkofaqlar, qədim heykəltaraşlıq (insan və heyvan fiqurları) nümunələri əldə olunub. Bənzər tapıntılar 1969-cu ildə abidənin həyətyanı sahəsinə düşən hissəsində kənd təsərüffatı işləri görülərkən tapılmışdır.
Yoncalı abidəsi
Yoncalı abidəsi — Şəki rayonunun Fazıl kəndində, Əyriçayın hövzəsində yerləşən dəmir və antik dövrə məxsus yaşayış yeri və nekropolu. Abidə hündür təpə üzərində 10 ha yaxın sahəni əhatə edir. Yoncalı abidəsi Əyriçay hövzəsində, Şəkinin Fazıl kəndinin cənub-qərb tərəfindəki Yoncalı adlanan hündür təpədən ibarət torpaq sahəsində yerləşir. Yoncalı abidəsi üst və mərkəzi olaraq əsas iki hissəyə bölünür. Mərkəzi hissə Yoncalı I, üst hissə isə Yoncalı II olaraq adlanır. Yoncalı I şərti olaraq bəzən "Qəbirüstü" kimi də qeyd olunur. Qəbirüstü hissə bir tərəfdən Əyriçayla, qərb və şimal-qərb tərəfdən isə bataqlıqla əhatələnir. Yoncalı abidəsi keçən əsrin 90-cı illərində arxeoloq Nəsib Muxtarov tərəfindən qeydiyyata alınmış və arxeoloji tədqiqatları aparılmışdır. Abidədə əsaslı arxeoloji tədqiqatlar AMEA Arxeologiya və Folklor İnstitutunun təşkil etdiyi ekspedisiya (Nəsib Muxtarovun rəhbərliyi altında) tərəfindən 2013-2015-ci illərdə həyata keçirilib. 2013-cü illərdə aparılan arxeoloji tədqiqatlar abidənin dəqiq xronoloji tarixinin müəyyən olunmasına yeni töhfələr vermişdir.
Tolerantlıq abidəsi
Tolerantlıq abidəsi — Qüdsdəki parkda yerləşən açıq heykəldir. Abidə dini sənəti ilə tanınan polşalı heykəltəraş Çeslav Dzviqaj ilə heykəltəraş Mixal Kubiakla birgə layihələndirilib. Layihə Polşalı iş adamı Aleksandr Qudzovati tərəfindən İsrail-Fələstin münaqişəsində sülh və tolerantlığın təşviqi məqsədilə maliyyələşdirilib. Parkın girişindəki daş üzərində aşağıdakı sözlər həkk olunub: "Abidə adsız və köhnəlmiş məbədin xarabalıqları üzərində ayrı-ayrı, lakin hələ də birləşmiş sınıq sütunun iki yarısından ibarətdir. Zeytun ağacı bölünmüş sütunun ortasında böyüyür və yarpaqları ilə sütunun hər iki yarısını örtməyə və kölgə salmağa meyillidir. Ağac, sütunun iki hissəsinin simvolik bir yerdə birləşməsinə imkan verir. Boşluğun nə vaxt, hər iki tərəfin nə vaxt sağalacağı bilinmir. Yenidən birlikdə böyüyəcəklər, amma görürsən ki, zeytun ağacının budaqları arasında yeni bir toxum, tolerantlığın qızıl dənəsi cücərməkdədir". Abidə Birləşmiş Millətlər Təşkilatının qərargahının yaxınlığında yerləşir.